Baş dərisinə lazımi səviyyədə qulluq edilməməsinin sağlamlığa mənfi təsir göstərə biləcəyi bildirilir.
Milli.Az xəbər verir ki, həkim-terapevt Yekaterina Sısoyeva qeyd edib ki, uzun müddət saç və baş dərisinin yuyulmaması müxtəlif narahatlıqlara, o cümlədən baş ağrılarına yol aça bilər.
Onun sözlərinə görə, baş dərisi nadir hallarda təmizləndikdə piy qalıqları, mikroorqanizmlər və çirk toplanır. Bu isə sinir uclarının qıcıqlanmasına və qan dövranının zəifləməsinə səbəb olur ki, nəticədə baş ağrıları yarana bilir. Mütəxəssis vurğulayıb ki, saçların vaxtında və düzgün yuyulması dərinin sağlamlığını qoruyur, iltihabi və göbələk infeksiyalarının qarşısını alır, eyni zamanda insanın özünü daha yaxşı hiss etməsinə və diqqətinin artmasına kömək edir.
Həkim əlavə edib ki, baş ağrılarının səbəbləri bununla məhdudlaşmır. Novqorod Universitetində aparılan araşdırmalar göstərib ki, dişlərin quruluşundakı problemlər və diş qıcaması kimi hallar da xroniki və güclü baş ağrılarına səbəb ola bilər.
Asya
Milli.Az





