Türkiyə

Acunun sağ əli saxlanıldı - FOTO

22 Yanvar 2026 19:13
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Acun Medya"nın Baş Koordinatoru Esat Yontunç İstanbulda aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb. Barəsində həbs qərarı çıxarıldıqdan sonra açıqlama verən Yontunç "Həyatım boyu bu mövzularla heç bir əlaqəm olmayıb" ifadələrini işlədib.

Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun narkotik istintaqı çərçivəsində barəsində axtarış elan edilən Esat Yontunç xaricdən qayıdarkən İstanbul Hava Limanında nəzarətə alınıb.

Yontunç 2004-cü ildən bəri "Acun Medya"da Baş Koordinator vəzifəsində çalışır.

İstanbul Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən məşhur simalara qarşı aparılan genişmiqyaslı əməliyyat davam edir.

Saxlanılan Esat Yontunç tibbi müayinədən keçirilmək üçün xəstəxanaya aparılıb.

Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən Yontunç bunları deyib:

"Həyatım boyu bu mövzularla heç bir əlaqəm olmayıb. Alnım açıqdır, mən özümə güvənirəm və ilk təyyarə ilə ölkəmə dönəcəyəm."

1969-cu ildə İstanbulda doğulan Esat Yontunç İstanbul Universitetinin Antropologiya fakültəsini bitirib.

2002-ci ildən bəri Acun Ilıcalı ilə yaxın tərəfdaş olan Yontunç "Acun Firarda", "Survivor", "O Ses Türkiye", "Yetenek Sizsiniz" kimi Türkiyənin ən böyük büdcəli və reytinqli bir çox televiziya layihələrinin Baş Koordinatoru olub.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.