Dana əti necə marinə edilir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dana əti düzgün işlənmədikdə bişərkən quruyan və sərtləşən həssas bir məhsuldur. Marinasiya prosesi yalnız ləzzət qatmaq üçün deyil, həm də ətin liflərini parçalayaraq onu yumşaltmaq üçün tətbiq olunur.
Milli.Az xəbər verir ki, dana ətini yumşaltmağın ən əsas qaydası marinasiya qarışığına düzgün turşuluq mənbəyi əlavə etməkdir:
Limon suyu, alma sirkəsi, qatıq suyu və ya rəndələnmiş soğan suyu.
Bu asidli maddələr ətin bağ toxumalarını zərifcə parçalayaraq teksturasını boşaldır. Xüsusilə soğan suyu əti ən təbii yolla yumşaldan peşəkar bir hiylədir.
Turşuluğu həddindən artıq etməyin, çünki bu, əti bişmədən "yandıra" və formasını poza bilər. Ən idealı turşulu mayeni zeytun yağı ilə balanslaşdırıb ətə masaj edərək yedirtməkdir.
Ətin bişərkən suyunu itirməməsi və qurumaması üçün zeytun yağı və süd marinasiyanın olmazsa olmazıdır.
Zeytun yağı ətin ətrafında qoruyucu bir təbəqə yaradır.
Südün tərkibindəki laktik asid dana ətinə ipək kimi yumşaqlıq qazandırır.
Qarışığa əlavə edəcəyiniz təzə kəklikotu (kekik) və ya rozmarin (biberiye) yağla reaksiyaya girərək ətrini birbaşa ətin mərkəzinə daşıyacaq.
Qara istiot, pul bibər və sarımsaq dana ətinin ən sadiq dostlarıdır.
Təzə əzilmiş sarımsaq yağlı marinasiyanın içində həll olunaraq ətə xarakterik bir dərinlik verir.
Marinasiya mərhələsində qarışığa mütləq duz əlavə etməyin. Duz ətin daxilindəki şirəni çölə çıxararaq liflərin sərtləşməsinə səbəb olur. Duzu bişirmə mərhələsində və ya bişməyə yaxın əlavə etmək peşəkar bir qaydadır.
Mükəmməl nəticə üçün səbirlə gözləmək şərtdir.
Dana əti sosun içində soyuducuda ən az 2 saat, imkan daxilində isə bir gecə dincəlməlidir.
Əti bişirmədən təxminən 30 dəqiqə əvvəl soyuducudan çıxarıb otaq temperaturuna gəlməsini gözləyin. Buz kimi əti birbaşa isti tavaya atmaq proteinlərin şoka girməsinə, ətin yığılmasına və sərtləşməsinə səbəb olar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək
-
Rusiyanın itkiləri yeniləndi





