Cəmiyyət

İsraildəki səfirliyimizdən raket hücumunda ölən Amidlə bağlı paylaşım

10 Mart 2026 20:04
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın İsraildəki Səfirliyi raket hücumu nəticəsində həlak olan azərbaycanlı haqda məlumat paylaşıb.

Milli.Az xəbər verir ki, məlumatda deyilir:

"Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır. Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib.

A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi. Amid Murtuzov ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı. Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.