UEFA Avropa Liqasının Liqa mərhələsində VII turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" doğma meydanda İngiltərənin "Aston Villa" komandasını qəbul edib. "Fənərbaxça" 0:1 hesabı ilə məğlub olub.
Eyni vaxtda başlayan digər qarşılaşmalar belə nəticələnib:
"Feyenoord" (Niderland) - "Şturm" (Avstriya) 3:0
PAOK (Yunanıstan) - "Betis" (İspaniya) 2:0
"Viktoriya" (Çexiya) - "Portu" (Portuqaliya) 1:0
"Yanq Boys" (İsveçrə) - "Lion" (Fransa) 0:1
"Frayburq" (Almaniya) - "Makkabi" (Təl-Əviv, İsrail) 1:0
"Bolonya" (İtaliya) - "Seltik" (Şotlandiya) 2:2
"Malmö" (İsveç) - "Srvena Zvezda" (Serbiya) 0:1
"Brann" (Norveç) - "Midtyullann" (Danimarka) 2:3
Turun qalan oyunları saat 00.00-da start götürəcək.
Milli.Az





