Ermənistan

Ermənistanda benzin və dizel ucuzlaşdı

23 Yanvar 2026 00:50
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə yanacaq qiymətlərinin ucuzlaşdığını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir sosial şəbəkə hesabında yanacaq bazarındakı son rəqəmləri paylaşıb.

Onun təqdim etdiyi statistikaya əsasən, dekabr ayından bəri benzinin qiyməti 510 dramdan (2.29 AZN) 430 drama (1,93 AZN), dizelin qiyməti isə 480 dramdan (2.15 AZN) 410 drama (1,84 AZN) düşüb.

Papoyan onu da vurğulayıb ki, Azərbaycan neft məhsullarını alan əsas yanacaqdoldurma məntəqələrindən biri yaxın günlərdə həmin yanacağı endirimli qiymətə satmağa başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.