Ermənistan

Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır

24 Mart 2026 16:19
Baxış: 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır.

Milli.Az yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

"Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır. Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik", - o vurğulayıb.

Spiker əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə şərtlənir:

"Mən Ermənistanın maraqları barədə düşünürəm. Ermənistan isə heç kimə ölkəni regionda təhdid hesab etməyə əsas verməyən konstitusiyanın olmasında maraqlıdır". /"Report"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.