Təkbaşına 65 soyuducu qədər enerji sərf edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elektrik sobaları anlıq enerji istehlakı baxımından ev təsərrüfatlarında ən yüksək yük yaradan cihazlardan biri hesab olunur.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, bir elektrikli fırının işlədiyi anda sərf etdiyi güc, eyni vaxtda çalışan təxminən 65 soyuducunun ümumi enerji istehlakına bərabərdir.
Elektrikli sobaların nominal gücü 2000-5000 vat arasında dəyişir. Müqayisə üçün, soyuducunun gücü adətən 300-800 vat aralığında olur.
Mütəxəssislər yüksək sərfiyyatın səbəblərini də açıqlayır. Soyuducu yalnız mövcud soyuqluğu qorumaq üçün nisbətən az enerji tələb etdiyi halda, soba otaq temperaturunda olan bir sahəni qısa müddətdə 200°C və daha yüksək temperaturadək qızdırmaq üçün böyük güc sərf edir. Bu da onların enerji yükünü kəskin şəkildə artırır.
Enerji qənaəti üçün bir sıra praktiki metodlar tövsiyə olunur. Onlardan biri erkən söndürmə üsuludur: yeməyin bişməsinə 5-10 dəqiqə qalmış sobanı söndürərək içəridəki mövcud istilikdən istifadə etmək mümkündür. Həmçinin sobanın qapağının tez-tez açılmaması vacibdir, çünki hər açılış zamanı istilik itkisi baş verir və cihaz temperaturu yenidən qaldırmaq üçün əlavə enerji istifadə edir. İstiliyi yaxşı saxlayan qara rəngli, qalın divarlı və ağır bişirmə qabları da enerjiyə qənaətdə rol oynayır. Bundan başqa, bir neçə yeməyi eyni vaxtda bişirməklə sobanın təkrar-təkrar işə salınmasının qarşısını almaq olar.
Ekspertlər xəbərdarlıq edir ki, elektrikli sobadan intensiv istifadə olunan evlərdə aylıq elektrik xərcləri xeyli arta bilər. Bu cihazların yüksək enerji tələbi enerji böhranı dövrlərində şəbəkəyə əlavə yük salır və ümumi karbon izini artırır.
Mütəxəssislər bildirir ki, sobadan tez-tez istifadə edən ailələr toplu bişirmə və erkən söndürmə kimi üsullardan yararlanmaqla xərclərini nəzərəçarpacaq dərəcədə azalda bilər. Uzunmüddətli qənaət üçün isə enerji səmərəliliyi yüksək olan yeni nəsil elektrikli sobalara üstünlük verilməsi tövsiyə olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
XƏBƏR LENTİ
-
Sabah Şəkidə qaz olmayacaq
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib
-
“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
-
Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - (Foto/Video)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədovdan QƏRAR
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?





