İdman

“Qarabağ” bu qapıçını "radar"ına saldı

24 Mart 2026 17:37
Baxış: 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İmişli" klubunun qapıçısı Andrey Sinenko karyerasını "Qarabağ"da davam etdirə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə belaruslu qolkiperin meneceri Dmitri Xlebosolov məlumat verib.

O, Belarus mətbuatına açıqlamasında Ağdam klubu ilə danışıq aparıldığını gizlətməyib: "Andrey hazırda statistikaya görə Azərbaycanda ən yaxşı qapıçılardan biridir. Mən onun "Qarabağ"a keçidi ilə bağlı danışıqlar aparmaq üçün tanınmış bir agentə səlahiyyət vermişəm. Mövsüm başa çatdıqdan sonra Andreyin daha yüksəksəviyyəli kluba keçməsi üçün bütün variantları nəzərdən keçirəcəyik".

Xatırladaq ki, Sinenkonun "İmişli" ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.