Maraqlı

Dünyanın ən uzunömürlü insanının sirri məlum oldu - Bu formula ilə 122 il yaşadı

24 Mart 2026 00:25
Baxış: 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmi qeydlərə görə, 122 il yaşayaraq "dünyanın ən yaşlı insanı" titulunun sahibi fransız Jan Kalman müasir tibb dünyasını heyrətə salan həyat hekayəsi ilə yenidən gündəmə gəlib. 1997-ci ildə vəfat edən bu qadının uzun ömrünün sirri illər sonra açıqlanıb.

Milli.Az xəbər verir ki, 85 yaşına qədər qılıncoynatma ilə məşğul olan və 100 yaşına qədər velosiped sürən Kalmanın uzun ömrü elm adamları tərəfindən yalnız genetik şansla izah edilmir. Onun sağlamlığının və uzunömürlülüyünün arxasında dayanan əsas amillərin mətbəxindən və gündəlik rutinindən əskik etmədiyi zeytun yağı və şokolad olduğu bildirilir.

Sağlam həyatın təməl daşı kimi zeytun yağını göstərən Kalman bu möcüzəvi yağı yalnız yeməklərinə daxil etməklə qalmır, həm də hər gün dərisinə çəkirdi.

Mütəxəssislər vurğulayırlar ki, zeytun yağının tərkibindəki antioksidantlar və təkli doymamış yağ turşuları xroniki xəstəlik riskini minimuma endirir.

Journal of the American College of Cardiology-də dərc olunan araşdırmalar gündə bir-iki xörək qaşığı zeytun yağı istehlakının ürək-damar sağlığı üçün kritik olduğunu dəstəkləyir.

Kalmanın digər təəccüblü vərdişi isə şokolada olan böyük sevgisi idi. Həftədə təxminən iki kiloqram şokolad yediyi bilinən Kalman hər yeməkdən sonra şirniyyat qəbul edirdi.

Elmi tədqiqatlar göstərir ki, keyfiyyətli şokolad zeytun yağı ilə birləşdikdə beyin funksiyalarını yaxşılaşdırır, hüceyrələri iltihaba qarşı qoruyur və immunitet sistemini əhəmiyyətli dərəcədə gücləndirir.

Həyatı boyu hərəkətli olan və sadə, lakin təsirli qidalanma qaydalarına intizamla əməl edən Jan Kalman, müasir tibbin sərhədlərini zorlayan 122 illik mirası ilə uzun ömür axtarışında olanlara ilham verməyə davam edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.