İdman

Qurban Qurbanov həmin işarədən DANIŞDI

22 Yanvar 2026 09:16
Baxış: 1 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının "Ayntraxt"la (3:2) keçirdiyi oyunda verdiyi həlledici işarədən danışıb.

Milli.Az xəbər verir ki, təcrübəli mütəxəssis həmin işarəni oyunun gedişatında olan epizod kimi dəyərləndirib.

"Əvvəlki kornerlərdə "Ayntraxt" öndə oyunçu saxlamırdı. Amma sonuncu kornerdə öndə 2 oyunçu mərkəzdə qaldı. Ona görə Aleksey Kaşuk və Elvin Cəfərquliyev arxaya keçdi. Risk olmasın deyə Bikalyonu geri çağırdım ki, sığortalasın. Amma bunu düşünməmişdim".

Qeyd edək ki, oyunun 90+2-ci dəqiqəsində baş məşqçi Qurban Qurbanovun texniki zonadan verdiyi taktiki göstəriş matçın nəticəsində həlledici rol oynayıb.

Q.Qurbanov həmin epizodda Pedro Bikalyoya "geri qayıt" işarəsi verərək, oyunçunun mövqeyini tənzimləyib. Kornerdən gələn top məhz Bikalyonun qarşısına düşüb və hücumun davamında Bəhlul Mustafazadə qələbə qolunu rəqib qapısından keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.