Amerika

Tramp: ABŞ istədiyi hər şeyi əldə edir

22 Yanvar 2026 23:19
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qrenlandiya ilə bağlı danışıqlar əslində ABŞ-yə müdafiə məsələlərində əraziyə tam giriş imkanı verir.

Milli.Az report-a istinadən xəbər verir ki, D.Tramp bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

"İndi təfərrüatlar müzakirə olunur, amma ümumiyyətlə, söhbət tam giriş imkanından gedir. Bu sazişin son müddəti və vaxt məhdudiyyətləri yoxdur", - Tramp bildirib.

Onun sözlərinə görə, əldə edilmiş razılaşmalar Qrenlandiyada ABŞ-nin raket əleyhinə müdafiə sistemi "Qızıl Günbəz"in yerləşdirilməsinə imkan verəcək: "Biz istədiyimiz hər şeyi əldə edirik, özü də heç bir xərc olmadan".

D.Tramp Qrenlandiyanın əsas strateji əhəmiyyətini qeyd edərək, əsas mümkün hücum trayektoriyalarının buradan keçdiyini bildirib: "Əgər düşmənlər zərbə endirməyə başlasalar, hər şey Qrenlandiyadan keçəcək. Biz bunu ələ keçirə biləcəyik. Sistem demək olar ki, maneəsizdir - bu təsiredicidir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.