Amerika

Trampın sosial media hesabındakı paylaşımları kim yazır?

21 Mart 2026 00:45
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Ev köməkçilərinin kiçik bir qrupunun ABŞ Prezidenti Donald Trampın "Truth Social" hesabına girişi var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Trampın kopirayterləri olsa da, onun razılığı olmadan mətnlər dərc edə bilməzlər.

Tramp bəzən öz hesabında paylaşım edir, bəzən isə onları işçilərinə diktə edir. Yüksəkvəzifəli köməkçilər onu impulsiv paylaşımlardan çəkindirirlər. Lakin prezident sonda sosial media platformasında nələrin dərc olunacağına özü qərar verir.

Fevralın 28-dən bəri prezidentin İran və İsrail haqqında təxminən 90 paylaşım dərc etdiyi bildirilir ki, bu da İranda əməliyyatın başlamasından bəri paylaşımlarının təxminən dörddəbirini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.