Cəmiyyət

Faiq Hüseynov vəfat edib

20 Mart 2026 22:31
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın intellektual oyunlar sahəsində müstəsna xidmətləri olan tanınmış ictimai xadim, "Xəmsə" Milli İntellektual Oyununun müəllifi və yaradıcısı Faiq Hüseynov vəfat edib.

Milli.Az xəbər verir ki, Faiq Hüseynovun adı Azərbaycanda intellektual oyunların kütləviləşməsi ilə birbaşa bağlıdır. Onun dahi Nizami Gəncəvinin irsinə istinadən yaratdığı "Xəmsə" oyunu ölkəmizdə tamamilə milli konsepsiya əsasında qurulan ilk və populyar intellektual layihə idi.

Bu oyun vasitəsilə o, on minlərlə gəncin elmə, mütaliəyə və intellektual yarışlara marağını artırmağa nail olmuşdu.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.