Bakının Xətai rayonunda qəza nəticəsində BMV markalı avtomobil yanıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, rayonun Seyid Əzim Şirvani küçəsində BMV markalı 77-SM-527 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə "Audi" markalı 90-LO-360 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





