İdman

"Neftçi" "İmişli"ni darmadağın edib

20 Mart 2026 21:50
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Milli.Az-ın məlumatına görə, "Neftçi" öz meydanında "İmişli"ni sınağa çəkib. Qarşılaşma "ağ-qaralar"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra paytaxt təmsilçisi 37 xalla 6-cı, İmişlinin eyniadlı klubu isə 22 xalla 9-cudur.

Qeyd edək ki, XXV turun əvvəlki matçlarında "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı, "Zirə" "Karvan Yevlax"ı 1:0, "Sabah" evdə "Sumqayıt"ı 3:1, "Kəpəz" isə Yevlaxda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.