Cəmiyyət

Faciəvi şəkildə ölən Ramin zabit imiş - FOTO

20 Mart 2026 22:48
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Xırdalanda motosiklet sürücüsünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı İsayev Ramin Nürəddin oğlu idarə etdiyi motosikletlə yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində ağər xəsarət alan Ramin İsayev hadisə yerində ölüb.

Qeyd edək ki, R. İsayev zabit olub. İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Baş leytenant rütbəsi ilə xidmət etmiş İsayev Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərən hərbçilərdən biri idi. 

Müharibədən sonra "Hərbi xidmətlərə görə", "Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Mərhumun 1 azyaşlı qızı yadigar qalıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.