Hadisə

Ağdaşda ağır qəza - ölən və yaralı var

20 Mart 2026 23:55
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin, 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.