Azərbaycanın intellektual oyunlar sahəsində müstəsna xidmətləri olan tanınmış ictimai xadim, "Xəmsə" Milli İntellektual Oyununun müəllifi və yaradıcısı Faiq Hüseynov vəfat edib.
Milli.Az xəbər verir ki, Faiq Hüseynovun adı Azərbaycanda intellektual oyunların kütləviləşməsi ilə birbaşa bağlıdır. Onun dahi Nizami Gəncəvinin irsinə istinadən yaratdığı "Xəmsə" oyunu ölkəmizdə tamamilə milli konsepsiya əsasında qurulan ilk və populyar intellektual layihə idi.
Bu oyun vasitəsilə o, on minlərlə gəncin elmə, mütaliəyə və intellektual yarışlara marağını artırmağa nail olmuşdu.
Lalə Qüdrətova
Milli.Az