Amerika

ABŞ-nin Terrorla Mübarizə Milli Mərkəzinin direktoru İranla müharibəyə görə istefa verib

17 Mart 2026 18:50
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Terrorla Mübarizə Milli Mərkəzinin direktoru Co Kent bu gün vəzifəsindən istefa verib.

Milli.Az xəbər verir ki, o, bu barədə "X" platformasında paylaşım edib.

Kent bildirib ki, İranla müharibəni vicdanla dəstəkləyə bilmir.

O, qeyd edib ki, İran tərəfindən Birləşmiş Ştatlara qarşı qaçılmaz təhlükə mövcud olmayıb.

Co Kent müharibənin İsrailin təzyiqi ilə başladığını iddia edib.

"Və aydın oldu ki, biz bu müharibəni İsrail və onun Amerikadakı güclü lobbisinin təzyiqi altında başlamışıq", - Kent vurğulayıb.

Kent əlavə edib ki, bu vəzifədə xidmət etmək onun üçün şərəf olub, lakin hərbi əməliyyatları dəstəkləyə bilməyəcəyi üçün istefa vermək qərarına gəlib. (APA)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.