ABŞ İranda artıq hakimiyyət dəyişikliyinin baş verdiyini güman edir.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İranda real rejim dəyişikliyi yaşadıq. Bu, bir rejim dəyişikliyidir, çünki liderlər lap əvvəldə bütün o problemlərə səbəb olanlardan tamamilə fərqlidirlər. Hesab edirəm ki, buna son qoyacağıq, dəqiq bir şey deyə bilmərəm, amma bu müharibəni udduq". - deyə Tramp bildirib.
Milli.Az





