İstanbulda gənc futbolçu Kubilay Kaan Kundakçının Alaattin Kadayıfçıoğlu tərəfindən avtomobildə güllələnərək öldürüldüyü anın yeni görüntüləri üzə çıxıb. Təhlükəsizlik kamerası qeydlərində Kadayıfçıoğlunun sayrışan işıqlı avtomobil və izdihamlı bir qrupla hadisə yerinə gəldiyi, avtomobilin qapısını açan kimi atəş açdığı anlar əks olunub.
Milli.Az xəbər verir ki, cinayət martın 19-u gecəsi Ümraniyə rayonunda törədilib. İddiaya görə, Repçi Vahap Canbay bir müddət əvvəl ayrıldığı müğənni Aleyna Kalaycıoğlu ilə barışmaq üçün dostu Kubilay Kundakçıdan kömək istəyib.
Onlar birlikdə Aleyna Kalaycıoğlunun olduğu studiyanın önünə gediblər və avtomobildə gözləməyə başlayıblər.
Bu zaman hadisə yerinə lüks avtomobillərlə gələn şübhəlilər hücum təşkil edib. Güllələrin hədəfi olan 21 yaşlı futbolçu ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.
Məhkəmənin qərarı ilə hadisə ilə əlaqədar aralarında tanınmış simaların da olduğu 7 nəfər həbs olunub:
Aleyna Kalaycıoğlu (Müğənni)
İzzet Yıldızhan (Müğənni)
Alaattin Kadayıfçıoğlu (Cinayəti törətməkdə ittiham olunan əsas şəxs)
M.R., H.C.A., M.K. və E.T.
Yeni yayılan görüntülərdə hücum edən şəxslərin hadisə yerinə gəlmə trayektoriyası və qətl hadisəsinin törədildiyi saniyələr dəqiq şəkildə yer alıb. Bu görüntülərin məhkəmə prosesində əsas sübut kimi istifadə ediləcəyi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az





