ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının polis idarələrinə İranın pilotsuz uçuş aparatları ilə mümkün hücum təhlükəsi barədə xəbərdarlıq göndərib.
Milli.Az xəbər verir ki, müvafiq xəbərdarlıq bir neçə gün əvvəl ştatın polis strukturları arasında paylaşılıb.
Xəbərdarlıq mətnində bildirilir ki, 2026-cı ilin fevral ayından etibarən İranın ABŞ-nin Qərb sahillərinə, xüsusilə Kaliforniyada müəyyən edilməmiş hədəflərə qarşı pilotsuz uçuş aparatları ilə qəfil hücum həyata keçirməyə cəhd edə biləcəyi barədə məlumat əldə olunub.
Telekanalın məlumatına görə, bu hücumların naməlum gəmidən buraxılan dronlar vasitəsilə həyata keçirilə biləcəyi ehtimal edilir və belə bir ssenari ABŞ-ın İrana qarşı zərbə endirməsi halında mümkün hesab olunur.
Milli.Az





