Dünyanın ən bahalı ədviyyatı kimi tanınan zəfəran Azərbaycanda da yetişdirilir. Tibbdən qida sənayesinə qədər bir çox sahədə istifadə olunan bu bitki çəkisinə görə qızıl ilə yarışır və istehsalçılarına böyük gəlir vəd edir.
Milli.Az xəbər verir ki, zəfəranın "möcüzəvi bitki" və ya "qırmızı qızıl" adlandırılmasının bir neçə ciddi səbəbi var:
Bir kiloqram quru zəfəran əldə etmək üçün təxminən 150.000 - 200.000 ədəd zəfəran çiçəyini tək-tək əllə toplamaq lazımdır.
Hər çiçəyin mərkəzində yalnız üç ədəd kiçik qırmızı tel (stiqma) olur ki, əsl dəyərli hissə də məhz budur.
Cəmi bir qram zəfəran öz çəkisindən 100.000 dəfə çox suyu sarı rəngə boyamaq gücünə malikdir.
Zəfəranın bir kiloqramının qiyməti dünya bazarında on minlərlə dollarla ölçülür.
Zəfəran sadəcə ədviyyat deyil, həm də təbii şəfa mənbəyidir:
Antikanserogen xüsusiyyətləri var, hüceyrə yenilənməsinə kömək edir və depresiyaya qarşı effektivdir.
Dərini parlaqlaşdıran və cavanlaşdıran kremlərin tərkibinə qatılır.
Xüsusi dad və rəng vermək üçün ən elit restoranların menyusunda yer alır.
Lalə Qüdrətova
Milli.Az





