Kriminal

Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü - TƏFƏRRÜAT

22 Yanvar 2026 23:01
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xəzər rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib.

Qırx yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib.

Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə irad tutub. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.

Qadın hadisə yerində ölüb.

Qeyd edək ki, onların birgə nikahdan iki yeniyetmə övladı var. Hadisə günü isə övladlar Biləsuvar rayonunda nənələrinin yanında olublar. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Firuz Qasımov saxlanılıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.