Kriminal

“TikTokda” insanları təhqir edən şəxs həbs olundu - VİDEO

3 Mart 2026 10:26
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsuda "TikTok" sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.