Dünya

“O ölkələri dərhal tərk edin!” - ABŞ-dən xəbərdarlıq

3 Mart 2026 11:05
Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan ABŞ vətəndaşlarını ciddi təhlükəsizlik riskləri səbəbindən olduqları ölkələri mümkün qədər tez tərk etməyə çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə Departamentin Konsulluq Məsələləri üzrə dövlət katibinin müavini Mora Namdar sosial media hesabında paylaşım edib.

O, region üzrə təhlükəsizlik xəbərdarlığının yeniləndiyini bildirib. M.Namdar Yaxın Şərqdə yerləşən 15 ölkədə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına ehtiyatlı olmağı və mövcud imkanlar çərçivəsində ərazini tərk etməyi tövsiyə edib.

Xəbərdarlıq edilən ölkələr sırasında Bəhreyn, Misir, İran, İraq, İsrail, Fələstin, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.