İran

"Hörmüz boğazından keçən bütün gəmilər vurulacaq"

3 Mart 2026 11:38
Baxış: 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İran Hörmüz boğazından keçməyə çalışan bütün gəmiləri yandıracaq".

Milli.Az xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri, general İbrahim Cabbari dövlət televiziyasında çıxışında deyib.

Hörmüz boğazının nəqliyyat üçün bağlandığını deyən Cabbari qeyd edib ki, bu addım ABŞ və İsrailin hücumlarına cavab olaraq atılıb. Onun sözlərinə görə, boğazdan keçməyə çalışan gəmilər SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Quru Qoşunları tərəfindən vurulacaq.

Cabbari qeyd edib ki, hazırda neftin qiyməti 82 dollara çatıb və qlobal bazarlarda qiymətlərin daha da yüksələcəyi gözlənilir. O, əlavə olaraq bölgədəki neft boru kəmərlərinin də hədəfə alına biləcəyini deyib və ərazidən bir damla neftin belə çıxmasına icazə verməyəcəklərini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.