Bu kənd olmasa Bakı susuz qalar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oğuz-Qəbələ-Bakı su kəmərinin ümumi uzunluğu 262,5 kilometr təşkil edir. Diametri 2000 millimetr olan magistral xətt saniyədə 5 kub metr su ötürmə qabiliyyətinə malikdir və əsasən özüaxımlı rejimdə fəaliyyət göstərir.
Milli.Az xəbər verir ki, kəmərin su ilə təmin olunması məqsədilə Oğuz rayonu ərazisində 81 istismar və 20 müşahidə quyusu qazılıb. Layihəyə əsasən, hər bir quyunun məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda bəzi quyularda bu göstərici saniyədə 80-90 litrə qədər yüksəldilib. Müşahidə quyularında aparılan daimi monitorinqlər su ehtiyatlarının dinamikasının və debit göstəricilərinin layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu təsdiqləyir. Bu da mənbənin potensialının kifayət qədər geniş olduğunu göstərir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verərək bildirib ki, Oğuz rayonunun Sincan kəndində yerləşən 81 subartezian quyudan əldə olunan su bu kənddə fəaliyyət göstərən suqəbuledici kameralara toplanır, kameralardan da iki ədəd on min kub metrlik anbarlara dolur. Anbarlardan özüaxımlı rejimlə Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə ötürülür.
Anbarlara tökülən su öncədən suqəbuledici kamerada emal olunur, zərərsizləşdirilir. Daha sonra su magistral kəmər vasitəsilə paytaxt istiqamətində nəql edilir. Kəmər boyunca suyun sabit və təhlükəsiz ötürülməsini təmin etmək məqsədilə üç təzyiq nizamlayıcı (Oğuz Qurğular Kompleksi, 153-cü kilometr və Abşeron Qurğular Kompleksi ərazilərində) və iki təzyiqqırıcı kamera (31-ci və 158-ci kilometrlərdə) quraşdırılıb. İş rejimi müasir SCADA nəzarət sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada izlənilir və idarə olunur.
Su kəməri ölkənin 8 rayonunun ərazisindən keçərək paytaxta qədər uzanır. Oğuz-Qəbələ-Bakı kəməri ilə verilən içməli suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara tam uyğundur və yüksək gigiyenik göstəricilərə malikdir.
Kəmər vasitəsilə verilən su Bakı şəhərinin, Abşeron, Yasamal, Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyunca yerləşən bir sıra yaşayış məntəqələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edir. Bu layihə paytaxtın su təchizatının şaxələndirilməsi, paytaxtın içməli su təminatının etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Asya
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Həzi Aslanov" stansiyası açıldı
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
"Həzi Aslanov" stansiyası açıldı
-
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu





