UEFA-nın mətbuat xidməti "X" sosial şəbəkəsindəki səhifəsində Çempionlar Liqasında həftənin rəmzi yığmasını dərc edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də rəmzi yığmada yer alıb.
Çempionlar Liqasında yeddinci həftənin rəmzi yığmasını təqdim edirik:
Qapıçı: Konstantinos Tsolakis ("Olimpiakos").
Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Yosteyn Qundersen ("Budyo-Qlimt"), Vircil van Deyk ("Liverpul"), Elvin Cəfərquliyev ("Qarabağ").
Yarımmüdafiəçilər: Kefren Türam ("Yuventus"), Fermin Lopes ("Barselona"), Robert Navarro ("Atletik Bilbao").
Hücumçular: Culiano Simeone ("Atletiko Madrid"), Vinisius Junior ("Real Madrid"), Luis Suares ("Sportinq").
Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün finalı Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək. Yarışın həlledici matçı mayın 30-da baş tutacaq.
Milli.Az





