İdman

Qurban Qurbanovun işinə heyranam - Syomin

22 Yanvar 2026 20:45
Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qurban Qurbanovun işinə heyranam.

Milli.Az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında rusiyalı tanınmış mütəxəssis Yuri Syomin "Qarabağ"ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.

O, Azərbaycan çempionunun nəticəsini böyük uğur adlandırıb:

"Dünən oyunu izlədim. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə klub tarixi üçün mühüm məqamdır. Futbolçular əla mübarizə apardılar. Qurban Qurbanov isə "Qarabağ"ın uğurlarının əsas fiqurudur".

Qeyd edək ki, Yuri Syomin 2013-2014-cü illərdə "Qəbələ" komandasının baş məşqçisi olub.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.