Mədəniyyət

“Bir Axşam Payızda” – Xalq artisti Salman Qəmbərovun konserti keçirildi - FOTO

25 Oktyabr 2025 18:16
Baxış: 341
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, tanınmış caz pianoçusu Salman Qəmbərovun "Bir Axşam Payızda" adlı konserti baş tutdu.

Payızın romantik ovqatını caz musiqisinin incə ahəngləri ilə birləşdirən konsert tamaşaçılara unudulmaz bir musiqi axşamı bəxş etdi. Xalq artisti Salman Qəmbərovun xüsusi seçilmiş repertuarı həm klassik caz üslubunun dərinliyini, həm də milli musiqi elementlərinin harmoniyasını özündə əks etdirdi.

Konsertdə solistlər Rövşən Qəhrəmanov və İlhamə Qasımova çıxış etdilər. Onları istedadlı musiqiçilər - Fuad Cəfərov (bas gitara), İsgəndər Ələskərov (zərb alətləri), Tofiq Cabarov (perkussiyalar) və Firudin Həmidov (trompet) müşayiət etdilər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.