Gürcüstan

Gürcüstanda keçmiş Baş nazirin evində axtarış aparıldı

17 Oktyabr 2025 19:49
Baxış: 1 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin evində axtarış aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, axtarışlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş Baş prokuror Otar Partsxaladzenin də evlərində həyata keçirilib.

Axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda pul müsadirə edilib.

Baş Prokurorluqdan qeyd olunub ki, istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.