Əməkdar artist Dilarə Əliyeva efirdə kövrəlib.
Milli.Az xəbər verir ki, "Qonaqcanlı"da ad gününü qeyd edən sənətçini qayınanası, Xalq artisti Elmira İsmayılovanın zəngi ağladıb.
Elmira xanım gəlinini "Dilarə, gözəl balam, səni təbrik edirəm, Alalh sənə uzun ömür, xoşbəxtlik versin. Həmişə olduğun kimi ol. Necə ki, mənim ürəyimdə yer tapıbsan. Sən mənim qəlbimdəsən. Min yaşayasan, balalarınla, öz işlərinlə, yaradıcılığınla, uğurlarınla xoşbəxt olasan. Ürəyim arxayındır. Fəxr edirəm ki, o cür gözəl gəlinim var" sözləri ilə təbrik edib.
D. Əliyeva həmin anlarda göz yaşlarına hakim ola bilməyib. (olay)
Milli.Az





