Ölkə

Zabil Qəhrəmanov məhkəməyə gətirildi

25 Oktyabr 2025 19:23
Baxış: 443
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncə şəhər polis idarəsində aparılan istintaqla Zabil Qəhrəmanova xuliqanlıqdan əlavə dələduzluq maddəsi ilə də ittiham verilib.

Məlumata görə, vəkil biraz əvvəl məhkəməyə gətirilib. İstintaq orqanı onun həbs edilməsini istəyir.

Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.

-------
Ötən gün saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanov barəsində cinayət işi başlanılıb.

Bu barədə "Qafqazinfo"ya onun vəkili Səadət Seyidli məlumat verib.

Vəkilin sözlərinə görə, həmkarı Cinayət Məcəlləsinin 221.2.2-ci ( xuliqanlıq-hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham olunur. Hadisə Göygöldə baş verib. Z.Qəhrəmanovun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirdiyi bildirilir.

Vəkilin təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 221.2.2-ci maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.