Şou-biznes

Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

25 Oktyabr 2025 21:00
Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xalq artisti Qriqori Leps Vladivostokda baş tutan qalmaqallı konsertdən sonra xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni zəhərlənmə diaqnozu ilə Moskvadakı Botkin xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Xatırladaq ki, Lepsin oktyabrın 19-da Vladivostokda baş tutan konserti qalmaqalla yadda qalıb. Belə ki, tamaşaçılar ifaçının səhnədə siqaret çəkdiyini və söyüş söydüyünü bildiriblər. Onun mahnı oxumaqda çətinlik çəkdiyi, hətta tamaşaçılardan spirtli içki istədiyi iddia olunur. Hadisədən sonra sənətçinin qastrol səfəri dayandırılıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.