Maraqlı

Məşhur aşpaz - “Restoranlarda bu yeməyi əsla sifariş verməyin” - FOTO

25 Oktyabr 2025 19:47
Baxış: 585
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Remzi bəzi restoranların əvvəlki gündən qalan ərzaqları yenidən istifadə edərək "xüsusi menyu" adı ilə təqdim etdiyini bildirib.

Milli.Az xəbər verir ki, məşhur aşpaz bu barədə belə xəbərdarlıq edib: "Restoranda 'günün şorbasını' sifariş etməzdən əvvəl, dünənki 'günün şorbası' nə idi - onu soruşun. Çünki bəzən o şorba sadəcə 'ayın şorbası'na çevrilir."

Remzi əlavə edib ki, yeni bir restorana gedəndə sifariş verməzdən əvvəl qarsonlardan məsləhət aldığını deyir: "Bu, restorandan restorana dəyişir, amma qarsonlar adətən menyudakı bir çox yeməkləri dadır. Onlar sizə aşpazın hansı yeməklərə üstünlük verdiyini və yerli müştərilərin nələri sevdiyini izah edə bilərlər. Səyahət zamanı ən yaxşı tövsiyələri adətən qarsonlardan alıram."

Qordon Ceyms Remzi - 8 noyabr 1966-cı ildə Şotlandiyanın Constoun şəhərində anadan olub, İngiltərədə böyüyüb. O, dünyaca tanınmış aşpaz, restoran sahibi, televiziya siması və yazardır.

1998-ci ildə Londonda açdığı "Restaurant Gordon Ramsay" qısa müddətdə üç Michelin ulduzu qazanıb və bu statusunu bu günədək qoruyur. Hazırda Remzi Londondan Nyu-Yorka, Dubaydan Sinqapura qədər dünyanın müxtəlif şəhərlərində 30-dan çox restoranın sahibidir.

Karyerası ərzində ümumilikdə 7 Michelin ulduzu qazanan aşpaz, yeməklərində sadə, lakin yüksək keyfiyyətli inqrediyentlərə, güclü dad balansına və mükəmməl texnikaya böyük önəm verir.

Bundan başqa, o, bir çox mətbəx kitablarının müəllifidir və həm qastronomiya, həm də televiziya sahəsində onlarla beynəlxalq mükafat qazanıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.