Dünya

Melaniyanın Gisleyn Maksuellə yazışması üzə çıxdı - FOTO

31 Yanvar 2026 16:38
Baxış: 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Musavat.com xəbər verir ki, Cefri Epşteyn işi ilə bağlı ictimaiyyətə açıqlanan sənədlər arasında ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın 2002-ci ildə Gisleyn Maksuellə elektron yazışması da yer alıb.

Milli.Az xəbər verir ki, sənədlərə əsasən, Melaniya Tramp 23 oktyabr 2002-ci il tarixində Epşteynin yaxın çevrəsinə daxil olan Gisleyn Maksuellə e-poçt göndərib.

Məktubda Melaniya Tramp "New York Magazine"də Cefri Epşteyn haqqında dərc olunan yazıya istinad edib, Maksuellin fotosunu müsbət qiymətləndirib və Palm Biçə mümkün səfərlə maraqlandığını bildirib. O, həmçinin Maksuellin Nyu-Yorka qayıtdıqdan sonra onunla əlaqə saxlamasını xahiş edib.

Qeyd edək ki, sözügedən yazışma Epşteyn işi üzrə açıqlanan materiallar fonunda diqqət çəkib və ABŞ ictimaiyyətində yeni müzakirələrə səbəb olub. /musavat.com

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.