Maraqlı

Toyda gəlinin uşaqlara əsəbi reaksiyası GÜNDƏM OLDU - VİDEO

31 Yanvar 2026 16:45
Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir toy mərasimində gəlinin uşaqlara qarşı əsəbi reaksiyası sosial şəbəkələrdə gündəm olub və geniş müzakirələrə səbəb yaradıb.

Milli.Az xəbər verir ki, yayılan görüntüdə toyda iştirak edən azyaşlıların gəlinə yaxınlaşdığı anlar əks olunub. Videoda bəyin uşaqlara mehriban və xoş münasibət göstərdiyi, onlarla ünsiyyət qurduğu görünür. Lakin gəlinin həmin anlarda uşaqlara qarşı narazı "mimikalar" göstərməsi, sərt baxışları diqqətdən qaçmayıb.

Sözügedən kadrlar qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb. İzləyicilərin bir qismi gəlinin davranışını tənqid edərək bunun toyun ab-havasına uyğun olmadığını bildirib. Digərləri isə gəlinin həyəcanlı və stresli ola biləcəyini, buna görə reaksiyasının yanlış anlaşılmış ola biləcəyini qeyd ediblər.

Hadisə ətrafında yaranan fikir ayrılığı sosial mediada uzun müddət müzakirə olunub və görüntülər günün ən çox paylaşılan videolarından birinə çevrilib.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.