Qanunsuz tikililərlə bağlı kritik qərar gözlənilir - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda qanunsuz şəkildə inşa edilən yaşayış evlərinin hüquqi statusunun müəyyənləşdirilməsi hələ də gündəmdədir. Qeyri-rəsmi hesablamalara əsasən, ölkə ərazisində sənədsiz tikilmiş evlərin sayı 400-500 min civarındadır.
Milli.Az xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovanın fikrincə, belə tikililərin leqallaşdırılması yalnız qanunsuz tikinti fəaliyyətinə tam son qoyulduqdan sonra müzakirə oluna bilər. O bildirib ki, hər hansı amnistiya vətəndaşları qanunsuz tikintiyə həvəsləndirməməlidir: "İnsanlar anlamalıdırlar ki, icazəsiz tikinti yolverilməzdir. Bu prosesin dayandığına əmin olduqdan sonra mövcud tikililərlə bağlı amnistiya məsələsinə baxıla bilər".
Daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı isə fərqli mövqe sərgiləyib. Onun sözlərinə görə, problemi mərhələli yox, paralel şəkildə həll etmək daha məqsədəuyğundur. Ekspert hesab edir ki, bir qərarla həm mövcud özbaşına tikililər sənədləşdirilə, həm də gələcəkdə bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumlara ciddi tapşırıqlar verilə bilər. Bu zaman qanunsuz tikintiyə yol verən həm vəzifəli şəxslər, həm də fiziki şəxslər inzibati və cinayət məsuliyyəti daşımalıdırlar.
Xatırladaq ki, son illərdə qanunsuz tikililərlə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də mülkiyyət sənədi olmayan torpaq sahələrində inşa edilən tikililərin kommunal xidmətlərə qoşulmasının qadağan edilməsidir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
XƏBƏR LENTİ
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı - (Foto)
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır
-
Halit Ergenç və Məryəm Üzərli Misirdə - (Foto)
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub - (Foto)
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat
-
Evinin "kupça"sı olmayanlara şad xəbər
-
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
-
Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi - (Foto)
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Fatih Terim türk serialında çəkiləcək?
-
Elçin Məmmədova vəzifə verildi





