Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub.
Milli.Az xəbər verir ki, Leyla Əliyevaya mərkəzlərdə uşaqlara göstərilən təhsil, tibbi və sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.
Bildirilib ki, "İmkon" mərkəzlərində ixtisaslaşdırılmış məktəbəqədər təhsil, korreksiya məşğələləri, tibbi və sosial reabilitasiya, eləcə də ailələrə dəstək xidmətləri bir arada təqdim olunur. Bütün məşğələlər, prosedurlar və reabilitasiya proqramları ödənişsizdir.
Məktəbəqədər bölmələr 150 uşaq üçün nəzərdə tutulub. Burada 2-7 yaşlı uşaqların təhsili, korreksiya məşğələləri və gündə beş dəfə qidalanması təmin edilir.
Tanışlıq zamanı Leyla Əliyevaya xüsusi təchiz olunmuş kabinetlər, reabilitasiya zalları, sensor inteqrasiya və akvaterapiya məkanları, eləcə də uşaqların inkişafına yönəlmiş digər xidmətlər təqdim edilib. Uşaqlarla pediatrlar, ortopedlər, reabilitoloqlar, psixoloqlar, loqopedlər və defektoloqlar çalışırlar.
Qeyd olunub ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keyfiyyətli xidmətləri əlçatan etməkdir.
Mərkəzlər şəbəkəsində 2025-ci ildə 546 mindən çox məşğələ və prosedur həyata keçirilib. 2019-2025-ci illərdə isə onların ümumi sayı 1,5 milyona yaxın olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
XƏBƏR LENTİ
-
Sabah Yasamal və Binəqədidə işıq olmayacaq
-
Bu gündən varlanmağa başlayacaq bürclər
-
Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)
-
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
-
"28 Mall"un qarşısında ölüm - təfərrüat
-
Evinin "kupça"sı olmayanlara şad xəbər
-
Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
-
Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi - (Foto)
-
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Fatih Terim türk serialında çəkiləcək?
-
Elçin Məmmədova vəzifə verildi
-
“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” - Hicran Nəsirova
-
"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Netanyahu: İran dərs çıxarmayıb, Müctəba Xamenei atasının yolu ilə gedir
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək





