Hadisə

Lerik dağlarında faciə: Qızıl axtaran 42 yaşlı kənd sakini öldü - (Video)

21 Oktyabr 2026 22:01
Baxış: 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Lerikdə 3 nəfərin qızıl axtarışı faciə ilə nəticələnib

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, polisə məlumat daxil olub ki, Lerik dağlarında qanunsuz qazıntı işləri aparılır. Polis əməkdaşları hadisə yerinə gələn zaman həmin şəxslər ərazidən uzaqlaşmaq istəyiblər. Onlardan biri dağdan yıxılara ölüb.

Daxil  İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan verilən məlumata görə, oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. Həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən biri Lerik rayonunun Pirəsora kənd sakini 42 yaşlı Ruslan Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı, xəsarətlərdən ölüb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.