İran

Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq

21 Oktyabr 2026 21:45
Baxış: 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran ABŞ ilə diplomatik danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, Tehran Vaşinqtonun etimadın bərpasına və ədalətli razılaşmanın əldə olunmasına səmimi yanaşdığına dair ciddi sübutlar görəcəyi təqdirdə diplomatiyaya yenidən şans verməyə hazırdır.

"ABŞ-nin etimad yaratmaq və ədalətli həllə nail olmaq istəyinin səmimi olduğuna dair güclü sübutlar görsək, İran diplomatiyaya yenidən şans verməyə hazırdır", - Əraqçi vurğulayıb.

İran XİN rəhbəri ABŞ-ni hərbi qarşıdurma yolunu seçməməyə çağırıb.

Onun sözlərinə görə, Vaşinqton diplomatiya əvəzinə müharibəyə üstünlük verərsə, bu, ABŞ üçün əvvəlkilərdən daha böyük miqyasda növbəti strateji məğlubiyyətlə nəticələnəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.