İran

"Təbrizdə və Tehranda partlayış olmayıb"

31 Yanvar 2026 19:04
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizdə partlayış olmayıb.

Milli.Az xəbər verir ki, bu barədə IRNA Şərqi Azərbaycan Valiliyinin Böhran İdarəsinə istinadən məlumat yayıb. İdarə Təbrizdə partlayış baş verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

"Aparılan araşdırmalar göstərib ki, bu xəbərlər doğru deyil", - məlumatda qeyd edilib.

Tehran yaxınlığında partlayışla bağlı məlumatlar da təkzib edilib.

IRNA-nın məlumatına görə, Şur çayı boyunca quru qamışlıqlarda yanğın baş verib. Yerli rəsmi bildirib ki, vətəndaşların narahat olmasına heç bir səbəb yoxdur və yanğın səhlənkarlıq və ya quru bitkiləri yandıran şəxslərin hərəkətləri nəticəsində baş verib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.