Hadisə

Oğlu döyülən Xalq artistinin həyat yoldaşı: "Beyni silkələnib..." - FOTO

31 Yanvar 2026 19:26
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.

Milli.Az-ın məlumatına görə, zərərçəkənin anası Natalia Balıyeva isə oğlunun ciddi zədə aldığını söyləyib.

"Onlar çox aqressiv idilər. Mənim oğlum ciddi zədə alıb, gözünün altı qaralıb. Artur yemək yeyə bilmir, yalnız su içir. Onun beyni silkələnib. Mən istəmirəm ki, insanlar özünü boş şeylərə görə belə aparsınlar", - o, qeyd edib.

Faktla bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar ərazi polis şöbəsində araşdırma aparılır. Artur Balıyevin izahatı alınıb. Aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən Turxan Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. (Baku TV)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.