Şou-biznes

"Onlar böyüyəndə mənimlə fəxr edəcəklər"

24 Oktyabr 2025 22:11
Baxış: 464
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Gələcəkdə yaxşı insan, aktyor, ifaçı kimi xatırlanmaq istəyirəm. Oğlum Fuad da 1 yaşından Rus Dram Teatrında çıxış edir. İstərdim ki, illər sonra mən olmayanda övladlarım mənim yolumu davam etdirsinlər. Bir çox sənət adamı övladının məşğul olduğu sahədə çalışmasını istəmir".

Milli.Az xəbər verir ki, bu sözləri aktyor-müğənni Murad İsmayıl "Gün ortası" verilişində deyib. Aktyor gələcəkdə övladlarının onu yaxşı ata kimi xatırlamasını istədiyini də bildirib:

"İstəyirəm ki, gələcəkdə övladlarım məni yaxşı ata kimi xatırlasınlar. Axı yaxşı atayam. Bizim ailəmizdə kişilər ailəni həmişə birinci yerə qoyur, diqqətdən kənarda saxlamır. Övladlarıma qarşı heç vaxt diqqətsizlik etməmişəm. Mənə elə gəlir ki, onlar böyüyəndə mənimlə fəxr edəcəklər".

Qeyd edək ki, M.İsmayıl ötən il aktrisa Ülviyyə Xəlilbəyovadan boşanıb. Cütlüyün bu evlilikdən iki oğlu var. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.