Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozempic" kimi dərmanlardan, nə də digər tibbi dəstək vasitələrindən istifadə edib. Ən maraqlısı isə, bu müddətdə cips yeməyi dayandırmayıb, amma buna baxmayaraq düz 48 kilo arıqlamağı bacarıb. İndi o, öz brendinə sahibdir və uğurunun sirrini New York Post-a danışıb.
Milli.Az xəbər verir ki, Keya bildirib ki, köklük problemi uşaq yaşlarından başlayıb: "Doğulandan bəri kök idim. Hətta ailəm məni '4 kilolu körpə' adlandırırdı. Bu mənim üçün yeni bir məsələ deyildi, ömür boyu bu problemlə yaşamışam."
30 yaşlarına çatanda artıq sağlamlığını nəzarətə almağın vacibliyini anlayıb. O vaxta qədər kələm şorbası, aralıqlı oruc, az kalorili detokslar kimi saysız-hesabsız pəhrizlər sınasa da, nəticələr uzunmüddətli olmayıb.
Keya iki dəfə hamiləlik keçirib və bu dövrdə təxminən 30 kilo alıb. Lakin ikinci doğuşdan sonra həyatında böyük bir faciə yaşanıb - oğlu doğuşdan bir ay sonra vəfat edib. Bu hadisə onu həm mənəvi, həm də fiziki cəhətdən sarsıdıb: "O dövrdə özümü buraxdım. Yeməyə sığındım. Həyatım nəzarətdən çıxdı."
Amma onu həyata bağlayan səbəb qızı olub. Bir gün səhər qızının üzünə baxarkən qərar verib: "Kızım sağlam və xoşbəxt bir anaya layiqdir. Buna görə dəyişməliydim. Özüm üçün deyil, onun üçün söz verdim."
O vaxt GLP-1 tipli arıqlama dərmanları (məsələn, Ozempic) hələ geniş yayılmamışdı. Keya bu yola tamamilə təbii üsullarla çıxıb. O, əvvəlcə qan şəkərini izləməyə başlayıb və hansı qidaların şəkəri yüksəltdiyini öyrənib.
Hər yeməkdən sonra qısa gəzintilər etməklə bədəninin insulin səviyyəsini tənzimləməyi bacarıb.
Uzun illərdir vegaterian olan Keya əvvəlcə bunun sağlamlıq demək olduğunu zənn edib. Amma qidalanması əsasən karbohidrat ağırlıqlı olub: düyü, kartof, makaron...
Yeni planla o, gündə 1500-1800 kalori qəbul etməyə başlayıb.
Səhər yeməyində qəhvə və tost, ara yeməklərdə fındıq, meyvə, yoğurt və popkorn, əsas yeməklərdə isə tərəvəz, yumurta və makaron üstünlük təşkil edib.
Keya bədənini formaya salmaq üçün ağırlıq qaldırma və boks məşqlərinə başlayıb.
"Boks həm fiziki, həm də emosional baxımdan inanılmaz bir rahatlama verdi. Hər zərbə ilə stresdən azad olurdum," - deyə o, bildirib.
Bu məşqlər sayəsində əzələlərini gücləndirib, bədəni şəkəri daha yaxşı idarə etməyə başlayıb.
Ən maraqlısı isə Keyanın arıqlama prosesində cips yeməyə davam etməsi olub.
Hətta bu vərdiş sonradan iş ideyasına çevrilib. Əri üçün hind ədviyyatları ilə müxtəlif cür kartof cipsləri hazırlayıb. Bu cipslər əvvəl ailəsinin, sonra dostlarının marağına səbəb olub.
Beləcə, o, öz adını daşıyan cips markasını yaradıb. İlk məhsulu "Bombay ədviyyatlı cips" olub və indi onun məhsulları ABŞ-nin 1400-dən çox mağazasında satılır.
"İçində protein yox, xoşbəxtlik var"
Keya, arıqlayarkən belə cipsdən imtina etmədiyini deyib: "Cipsi qatığa batıraraq yeyirəm. Bu həm daha sağlam, həm də doyumludur."
O, məhsulları barədə verilən "Protein varmı? Lif mi?" kimi suallara isə belə cavab verib:
"Xeyr, içində xoşbəxtlik var. 36 qramlıq paketdə saf sevinc gizlənib. Hər şey funksional olmalı deyil. Bəzən sadəcə sizi xoşbəxt edən bir şey yemək kifayətdir."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
XƏBƏR LENTİ
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)





