Xaşdan daha təsirli şorba - Sümükləri beton kimi bərkidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış aylarının sevilən ənənəvi yeməklərindən biri olan yayla şorbası, təkcə mədəni deyil, sümükləri də qoruyur. Mütəxəssislərə görə, qatıq, düyü, nanə və yumurta ilə hazırlanmış bu şorba kalsium, fosfor, zülal və probiotik baxımından olduqca zəngindir. Daimi şəkildə qəbul edildikdə sümüklərin sıxlığını artırır, əzələ və oynaq sağlamlığını dəstəkləyir, həmçinin immun sistemini gücləndirir.
Milli.Az xəbər verir ki, yayla şorbasının əsas tərkib hissəsi olan qatıq, güclü kalsium və fosfor mənbəyidir. Bu minerallar sümüklərin möhkəmliyini artırır və osteoporozun (sümük əriməsinin) qarşısını alır. Mütəxəssislər bildirir ki, həftədə bir neçə dəfə təbii qatıqla bişmiş yayla şorbası içmək sümükləri bərkidir və oynaq ağrılarını azaldır.
Zülal, B vitamini və amin turşuları ilə zəngin olan yayla şorbası, orqanizmdəki əzələ və bağ toxumalarının yenilənməsinə kömək edir. Bu səbəbdən, idmanla məşğul olanlar, böyümə çağında olan uşaqlar və sümük əriməsi riski daşıyan şəxslər üçün təbii dəstək vasitəsi kimi tövsiyə olunur.
Qatıqda olan probiotik bakteriyalar bağırsaq florasını qoruyaraq immun sistemini birbaşa gücləndirir. Şorbanın tərkibindəki nanə və yumurta isə bədən müqavimətini artırır və soyuqdəyməyə qarşı təbii qoruma yaradır.
Xaş yüksək kollagen tərkibli olsa da, yağ və xolesterinlə çox zəngindir. Yayla şorbası isə həm yüngül, həm də həzm sistemi üçün faydalı bir alternativ hesab olunur.
Bir kasa yayla şorbası təxminən 100-120 kaloridir - bu da onu həm sağlam, həm də pəhriz dostu bir seçimə çevirir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Siyəzəndə evdən meyit tapıldı
-
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
-
DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - (Video)
-
Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var
-
Qızılın və gümüşün qiyməti dəyişdi
-
Kilsədə qətliam törədən şəxslər saxlanıldı
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq
-
"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi bəlli oldu
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
“Real Madrid” səfərdə “Barselona”ya qalib gəldi
-
Əsl üzlərini illərlə gizlədən 5 bürc
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu





