Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əmək Pensiyaları haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsinə keçilir. Yəni bəzi vətəndaşlarımızın pensiyalarına aylıq sabit məbləğ əlavə olunacaq".
Milli.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.
O bildirib ki, son günlər aylıq pensiya əlavəsinin kimlərə şamil olunması və necə hesablanacağı ilə bağlı xeyli müzakirələr aparılıb:
"Dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin edilir.
Sabit əlavələr azı 15 il qulluq stajı olan sabiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentlərinə, Baş naziri və baş nazirinin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının Baş naziri və baş nazirinin müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, Muxtar Respublikanın mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinlərinə, yerli icra hakimiyyəti başçısına, Media və Yayım Şurasına, 2023-cü il dekabrın 27-dək mövcud olan Naxçıvan Televiziya və Radio Şurasının üzvlərinə, sabiq dövlət qulluqçularına, deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlara, Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq palata üzvlərinə, İnsan hüquqları üzrə müvəkkili və Naxçıvan İnsan hüquqları üzrə müvəkkili kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsman və 2026-cı il aprelin 10-dək mövcud olan Naxçıvan İnsan hüquqları üzrə müvəkkilinə, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlərinə, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşlarına və Müdafiə Nazirliyinin hərbçilərinə şamil olunur. Göründüyü kimi, siyahı kifayət qədər genişdir və pensiya yaşı tamam olan həmin vətəndaşlarımızın əmək pensiya təyinatları yeni qaydalar ilə aparılacaq.
Sabit pensiya əlavəsinin məbləğinə gəldikdə isə, bu şəxslərə aylıq pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
-
Qızılın və gümüşün qiyməti dəyişdi
XƏBƏR LENTİ
-
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - (Video)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycan XİN Avstriyanı təbrik etdi
-
Deputatın həbs edilən oğlunun görüntüləri - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
-
Siyəzəndə evdən meyit tapıldı
-
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
-
DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - (Video)
-
Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var
-
Qızılın və gümüşün qiyməti dəyişdi
-
Kilsədə qətliam törədən şəxslər saxlanıldı
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq
-
"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi bəlli oldu
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
“Real Madrid” səfərdə “Barselona”ya qalib gəldi
-
Əsl üzlərini illərlə gizlədən 5 bürc
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?





