Şou-biznes

"Mənim heç nəyim yoxdur" - Məleykə Əsədova

24 Oktyabr 2025 22:39
Baxış: 463
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Gəzintini olduqca çox sevirəm. Buğa bürcüyəm, həyatı, yaşıllığı, dənizi çox sevirəm. Amma səhralıq yerə getmərəm, sevmirəm. Zəlzələdən, təyyarə qəzalarından qorxmuram, elə şeyləri ürəyimə gətirmirəm. Hər il gəzintiyə vaxt ayırıram".

Bu sözləri Xalq artisti Məleykə Əsədova "Günə uğurla" verilişində deyib. O, bağ evi almaq əvəzinə həmin pulla səyahət etməyə üstünlük verdiyini bildirib:

"Olsun 100 ədəd ev, kim bu dünyadan gedəndə onları özü ilə aparır? O pulu yaşamağıma həsr edirəm. Mənim heç nəyim yoxdur. Allahdan həmişə istəyirəm ki, mənə can sağlığı versin. Yaşamağı çox sevirəm. Əsas özüm varam. Nə edirəm o bağı ki, orada işləməyə adam tutacağam, nə qədər xərcim çıxacaq. Mən uşaq oxutdururam. Pulum olsun, yaşayım. Pulu yığmaq üçün yox, xərcləmək üçün istəyirəm. Bəlkə də məni həyatda saxlayan səyahətlərimdir. Pul yığmıram, bağı özüm istəmirəm. İstəsəm, bağım olardı. O pula gedib gəzirəm. Bir evim var, həyəti də var".  (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.